Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə bir nəfərin 7500 manat pulunun dələduzluq yolu ilə alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən E.Həşimov və D.Müslümov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mehman Mehdiyev