ABŞ Ermənistana hərbi nəqliyyat təyyarələri ilə müasir kəşfiyyat sistemləri və digər zirehli texnikalar daşıyır. Gətirilən silahlar, kəşfiyyat avadanlıqları, hərbi- kəşfiyyat logistik mərkəzin yaradılmasına hesablanıb. Bu hərbi-kəşfiyyat mərkəzi Zəngəzurda Ermənistan hərbi hissəsi kimi xarakterizə ediləcək. Və burada İrana qarşı kəşfiyyat məqsədləri üçün istifadə edilməsinə hesablanıb.
Qeyd edim ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ciddi işləyir və iki ölkə arasında lokal toqquşmaların əleyhinədir. Məhz Ermənistanın Azərbaycanla ikitərəfli danışıqlara getməsi, tələbələrini yerinə yetirməsi Vaşinqtonun N. Paşinyana təlimatı əsasında həyata keçirilib. Ona görə ABŞ tərəfindən gətirilən bahali kəşfiyyat və radar sistemləri görüntüdə Ermənistanın silahlanması və Azərbaycana qarşı kimi deyilsə də, burada məqsəd hədəfi yayındırmaqdır. Təbii ki, ABŞ Ermənistana müəyyən kiçik ölçülü silahlar verə bilər. Müəyyən təlimlər keçə bilər. Bunu sülhü pozmaqla və ya Azərbaycana qarşı etmir. Vaşinqton yaxşı bilir ki, növbəti hərbi toqquşma onun Ermənistanda geosiyasi mövqelərinə zərbə vura bilər. Və çətin bir siyasi -hərbi böhran yarana bilər. Azərbaycan Ermənistanın cənubla əlaqəsini kəsər və böyük bir ərazidə bufer zona yarada bilər.
Hazırda ABŞ, Zəngəzur dəhlizinin açılmasına çalışır. Bu istiqamətdə Türkiyə, Azərbaycan və Ermənistanla fəal şəkildə işləyir. ABŞ dövlət katibinin köməkçisi Obrayın Zəngəzur dəhlizinin açılmasıni Vasinqton üçün strateji əhəmiyyət olduğunu qeyd edib.
Məhz ABŞ Zəngəzurda İrana qarşı hərbi -kəfiyyat mərkəz açmasi ilə paralel Zəngəzur yoluna nəzarət etməyi də planlaşdırır.
ABŞ Ermənistandan Rusiya və İrana qarşı plasdarım kimi istifadə edir. Bu, Azərbaycanın təhlükəsizliyinə problem yaratmır. Uzun illər Ermənistandan Azərbaycana qarşı pladsarım kimi istifadə edən dövlətlərə qarşı Yerevan plasdarm olub.