Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün silahlar peşəkar hərbiçilərin qarşısında hər zaman acizdir

Bütün silahlar peşəkar hərbiçilərin qarşısında hər zaman acizdir


"Rusiya-Ukrayna müharibəsi çərçivəsində rəsmi Kiyevin uzun müddətdir gözlədiyi f 16 döyüş təyyarələri nəhayət ki, hərbi hava qüvvələri günündə silahlanmaya qəbul edildi. Bu Ukrayna aspektindən olduqca əhəmiyyətli hadisədir".

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. O bildirib ki, Ukrayna SSRİ dağıldıqdan sonra onun sələfi olan Rusiyanın ardınca imperiyanın hərbi mülklərini ən çox mənimsəyən ikinci dövlət oldu:

"Məlum proses nəticəsində minlərlə tank, zirehli texnika, hava vasitələri və hətta 1200 nüvə başlıqlı raketlər təhvil alan Kiyev rəhbərliyi bir müddət sonra iqtisadi çətinlikləri əsas gətirərək silah ehtiyyatlarını satmağa başladı. Bununla yanaşı Rusiya və ABŞ-ın qarantorluğu və təhlükəsizlik zəmanəti çərçivəsində nüvə silahları Moskvaya qaytarıldı.

Heç bir mübaliğəsiz bu addım Ukraynanın dövlət olaraq müstəqillik dövründə etdiyi ən böyük səhv idi. Ən azından bu gün Ukrayna torpaqlarını şəxsi mülki kimi qiymətləndirən Kreml admistratsiyası nüvə gücü olan Kiyevə eyni münasibət bəsləməyə risq etməzdi".

AVP rəsmisi qeyd edib ki, dövr dəyişdiyi üçün hazırkı reallıqlar tamamilə fərqlidir:

"İndi, Qərb və Rusiya texnologiyası geniş Ukrayna düzənliklərində texnoloji imkanlarını sınaqdan keçirir. Elə F-16 təyyarələrinin də müharibədə iştirakına ilk öncə bu istiqamətdən yanaşmaq lazımdır.

Təbii ki, Rusiyanın geniş aviasiya imkanları çərçivəsində 80 F-16-nın hərbi əməliyyatlar gedişatında hər hansı bir ciddi dönüş yaradacağı real görsənmir. Ancaq, bundan öncə öz təsdiqini tapmayan bir reallıq da var ki, dünyanın ikinci aviyasiyası hesab olunan Rusiya hava qüvvələri əzici üstünlüyünə baxmayaraq Ukrayna üzərində hava üstünlüyünü tam ələ keçirə bilməyib. Belə olduğu təqdirdə moderinizə edilərək blok 50+ səviyyəsinə çatdırılmış F-16-lar Rusiya Hərbi Hava Qüvvələri üçün baş ağrısı ola bilər. Çünki müharibə başlayandan bəri Qərb mənşəli silahların Rusiya istehsalı analoqları qarşısında texnoloji üstünlüklərini hərbi əməliyyatların gedişatında dəfələrlə müşahidə etmək imkanımız oldu. Təbii ki, bu faktlar Qərb silahlarının ölümsüz olduğu mənasına gəlməməlidir. İstehsalçı ölkələrin kimliyindən asılı olmayaraq bütün silahlar peşəkar hərbiçilərin qarşısında hər zaman acizdir".

Süleyman
Xəbəri paylaş