"Pekin Şimal Dəniz Marşrutunun şimalından keçən öz Buz Marşrutunu inkişaf etdirməyi planlaşdırır. Lakin Rusiya limanları və texnologiyası olmadan bunu etmək çətindir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Pərviz Əliyev deyib. O bildirib ki, Çinin Arktika və soyuq şəraitdə təcrübəsi yoxdur:
"Rusiyaya layihə və texnologiya təminatçısı kimi ehtiyac var. Çin artıq qurulmuş Rusiyanın Şimal Dəniz Marşrutuna sərmayə qoya bilərdi, lakin bu halda Pekin limanlarda özünün idarəetmə şirkətlərinin yaradılmasını tələb edir. Rusiya isə bununla razılaşa bilməz. Çinin Arktikaya investisiyası neft və qaz sektoru ilə məhdudlaşır. Bunlar Yamal LNG və Arctic LNG 2 zavodlarıdır. Eyni zamanda, Çin Arktika gəmiçiliyinin inkişafı yolu ilə yeni enerji mənbələrinə çıxış əldə etməyə, Malakka boğazı dilemması, Afrika sularında piratlığın yayılması və Yaxın Şərqdəki münaqişələr kimi amillərdən asılılığının miqyasını azaltmağa çalışır".
Anar Əliyev