Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın silahlanması heç nəyi dəyişməz

Ermənistanın silahlanması heç nəyi dəyişməz


"Ermənistanın silahlanması anlayışı onu silahlandıranların maraqlarının qurbanına çevirmək anlayışı ilə düz mütənasibdir. Ermənistan silahlanıb nə edə bilər. Vaxtilə Azərbaycan ərazilərini işğal edəndə bunun hesabına müəyyən strateji dərinlik, yüksəkliklər və neytral ərazi əldə etmişdi ki, bu da Ermənistana müəyyən hərbi taktiki üstünlük vermişdi. İşğala son qoyulandan və Azərbaycan ordusunun bütün yüksəkliklərə sahib olandan sonra Ermənistan artıq elə duruma düşüb ki, onun silahlanması heç nəyi dəyişməz".

Newscenter.az xəbər verir ki. bunu ƏHD Partyası sədrinin müşaviri Azər Qasımov deyib. O hesab edir ki, Ermənistan daxildə öz əhalisini rahatlatmaq üçün hansısa silahlanma görüntüsü yaratmaq istəyir:

"Ermənistanın silahlanması sadəcə onun özünə zərbə vurur. Azərbaycan bundan öz təhlükəsizliyi üçün təhdid hiss edir. Çünki acı təcrübə göz önündədir. Maraqlı güclər Ermənistanı şirnikləndirməklə regionda möhkəmlənmək istəyirlər. Həmin güclərin heç biri Ermənistanın yerinə döyüşməz. Odur ki, Ermənistan silahlanma yox, sülh müqaviləsi yolunda işləri sürətləndirməlidir. Bu, onun təhlükəsizliyi üçün daha məqbul yoldur".

Süleyman
Xəbəri paylaş