Türkiyə 2024-cü ilin 7 ayında muzey və tarixi məkanlarda 15 milyon 757 min ziyarətçi qəbul edib.
Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, 1 milyon 444 min 405 ziyarətçi ilə İzmir Efes xarabalıqları birinci, Dənizli Hierapolis (Pamukkale) xarabalıqları 1 milyon 306 min 545 ziyarətçi ilə ikinci, Mövlanə Muzeyi isə 1 milyon 174 min 571 ziyarətçi ilə üçüncü yerdə qərarlaşıb. Sonrakı yerləri isə Nevşehir-Göreme və Paşabağlar xarabalıqları tutub.
Nazirlikdən bildirilib ki. bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Mehman Mehdiyev