"Zəngəzur məsələsi sülh danışıqları prosesindən çıxarıldı. ABŞ Cənubi Qafqaza sahiblənmək arzusundadır və bunun üçün Ermənistandan mütləq şəkildə istifadə edir".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, ABŞ-ın son illərdə apardığı xarici siyasətinə nəzər salsaq, görərik ki, Vaşinqton, bütün dünyanı müxtəlif üsullarla və yollarla işğal etməyə çalışır:
"Hazırda dünyada baş verənlər, yəni müharibələr, toqquşmalar, münaqişələr ABŞ-ın bu istiqamətdə yürütdüyü siyasətin önünü açmaq üçün vasitələrdir. Əslində bu heç də asan bir iş deyil və yenə də Birləşmiş Ştatlar özü də bu məsələdə bir dövlət kimi hansısa qüvvələrin təsiri nəticəsində bu işləri həyata keçirir. Sözsüz ki, Rusiya və Ukrayna arasında gedən müharibənin nəticələri bu çirkin planlara bir az aydınlıq gətirəcək".
Çingiz Şahbazi deyib ki, hazırda Yaxın Şərqdə və ABŞ-ın işğalçı İsrail hökumətinə verdiyi dəstəklə birlikdə baş verənlər eyni mərkəzdən idarə olunur və böyük ehtimalla növbəti mərhələdə Çin və Uzaq Şərq ölkələri belə bir imtahanla qarşılaşa bilər:
"Bütün bunlar onu deməyə əsas verir ki, artıq iddia çox böyükdür. Hər kəs bu gücü qəbul etmək zorundadır və əks təqdirdə nəticədə aqibəti Fələstin və fələstinlilərin yaşadığını yaşamaq zorunda qalacaqdır".
Anar Əliyev