Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya dövlətlərinin başçıları 8 sənəd imzalayıblar

Mərkəzi Asiya dövlətlərinin başçıları 8 sənəd imzalayıblar


Mərkəzi Asiya dövlətləri başçılarının VI Məşvərət Görüşünün yekunlarına əsasən, prezidentlər bir sıra sənədlər imzalayıblar.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, imzalanan sənədlərə Mərkəzi Asiya dövlətləri başçılarının VI Məşvərət görüşünün yekunlarına dair Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı, “Mərkəzi Asiya – 2040” regional əməkdaşlığın inkişaf konsepsiyası, “Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin Mərkəzi Asiya Dövlətləri Başçılarının Şərəf medalı ilə təltif edilməsi haqqında” Mərkəzi Asiya Dövlətləri Başçılarının VI Məşvərət Görüşünün Qərarı daxildir.

Bundan başqa, Mərkəzi Asiya Dövlət Başçılarının Birgə Bəyannaməsi ilə aşağıdakı sənədlər təsdiq edilib.

1. 2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair yol xəritəsi.

2. Mərkəzi Asiya dövlətlərinin istehsalat kooperasiyasının inkişafına dair 2025-2027-ci illər üçün fəaliyyət planı.

3. Mərkəzi Asiya dövlətlərində nəqliyyat və logistika mərkəzlərinin inkişafına dair anlaşma memorandumu.

4. Mərkəzi Asiya dövlətlərinin energetika nazirlərinin birinci görüşünün yekunlarına dair Kommunike.

5. Mərkəzi Asiya dövlətlərinin nəqliyyat nazirlərinin ikinci iclasının Astana kommünikesi.

Mehman Mehdiyev
Xəbəri paylaş