"Azərbaycanda demokratik seçki mühiti mövcuddur və əminliklə demək olar ki, bu dəfəki parlament seçkiləri də azad və demokratik şəraitdə baş tutacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, indiyə qədər seçkinin bütün mərhələləri heç bir maneə yaradılmadan, bütün namizədlərə bərabər imkanlar yaratmaqla keçib:
"Bunu seçkiyə qatılan əksər namizədlər etiraf edib. Həm paytaxtda, həm də yerlərdə normal seçki mühiti yaradılıb".
Elvin Babayev qeyd edib ki, 1 sentyabr seçkiləri ilə Azərbaycan dünyaya daha bir demokratik seçki ənənəsi nümayiş etdirəcək.
Anar Əliyev