Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri təbliğat kampaniyasına start verdi

QHT sədri təbliğat kampaniyasına start verdi


70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədova təbliğat-təşviqat kampaniyasına start verib

Bu barədə Newscenter.az-a məlumat verən Susana Məmmədova deyib ki, Seçki qanunvericiliyinə uyğun olaraq bu gündən təbliğat materialları seçki lövhələrinə vurulub:

"İnşallah, avqustun 10-dan etibarən Neftçalanın kənd və qəsəbələrdə seçicilərlə görüşlərə start veriləcək. Təbliğat dövründə çalışacağıq ki, bütün neftçalalılarla ünsiyyətdə olaq, platformamızı onlara çatdıraq".

Susana Məmmədova əmin olduğunu bildirib ki, seçkinin bütün mərhələləri kimi təbliğat-təşviqat mərhələsini də uğurla başa vuracaq və seçkilərdə inamlı qələbə qazanacaq.


Nərgiz Əzizova
Xəbəri paylaş