Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda kişi 23 yaşlı qardaşı arvadını öldürməkdə şübhəli bilinir

Sumqayıtda kişi 23 yaşlı qardaşı arvadını öldürməkdə şübhəli bilinir


Sumqayıtda qətl törədilib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib"- deyə məlumatda qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş