Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin həmlələrini sürətləndirir

Çin həmlələrini sürətləndirir


Astanada səfərdə olan Özbəkistan prezidenti Şavkat Mirziyoyev prezident Tokayev ilə bir sıra obyektlərin açılışında iştirak edib. Tərəflər arasında mühüm müqavilələr imzalanıb. Ən diqqət çəkən məqam isə Tokayev və Mirziyoyev Çin-Qazaxıstan-Özbəkistan marşrutu üzrə Sian şəhərindən Daşkəndə konteyner qatarının gəlişinin rəsmi mərasimində iştirak ediblər. Son illər Mərkəzi Asiyada Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu dəhlizinin tikintisi mövzusunun daim müzakirə olunduğunu nəzərə alsaq, bu, çox maraqlı hadisədir. Bununla belə, bu yeni layihə tikintisinin böyük xərclərinə baxmayaraq, daim modernləşdirilən mövcud layihələr şəklində çox güclü rəqiblərə malikdir.

Xüsusilə, Mərkəzi Asiyanın ən böyük dövlətlərinin iki prezidentinin səfər etdiyi Çin-Qazaxıstan-Özbəkistan marşrutu. Bu marşrutun digər bölgələrə də genişləndirilməsi perspektivi var. Ayrıca, Cənubi Koreya-Çin-Qazaxıstan-Özbəkistan yük qatarlarının ilk buraxılışı da uğurla başa çatıb. Zatən bu ilin aprelində isə Xivədə Çin Qazaxıstan-Özbəkistan marşrutu ilə trans-Əfqanıstan istiqamətində daha da yükdaşımaların inkişafı ilə bağlı razılaşmalar əldə olmuşdu. Həmçinin, son bir ildə Çin-Qazaxıstan-Özbəkistan marşrutu yüklərin çatdırılmasını sürətləndirmək üçün əsaslı modernləşdirmədən keçib........

Yük daşımalarının ən qısa müddəti Qazaxıstanın Çində terminal imkanlarından istifadə edilməsi, habelə Qazaxıstan və Özbəkistanın dəmir yolu administrasiyaları arasında sərhəd infrastrukturunun genişləndirilməsi üçün ardıcıl qarşılıqlı fəaliyyəti sayəsində təmin edilir. Ötən il ölkələr arasında daşınan yüklərin həcmi 2022-ci illə müqayisədə 17,2% artaraq 31 milyon tondan çox olub. Təbii ki, marşrutlar arasında rəqabət regionun inkişafına yaxşı təsir edir......

AZƏRBAYCAN OYUNUN İÇİNDƏ

Azərbaycan prezidenti ikinci dəfədir ki, məşvərət toplantısında, onun bütün iclaslarında iştirak edir. Bu o deməkdir ki, Azərbaycan Mərkəzi Asiyada gedən proseslərin iştirakçısıdır. Ona görə də indiki mərhələdə Azərbaycan Cənubi Qafqaz dövləti olmaqla özünü həm də Mərkəzi Asiya dövləti kimi tanıdır. Azərbaycan və Mərkəzi Asiya ölkələri hazırda təkcə ikitərəfli əsasda deyil, həm də müxtəlif beynəlxalq formatlarda təmasdadırlar. Bakının burada olması Azərbaycanın Mərkəzi Asiya regionu ilə inteqrasiyasının çox dərin və əhatəli olduğunu göstərir.

Pərviz Əliyev, politoloq
Xəbəri paylaş