Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanı dezinformasiyalarla qaralamaq mümkün deyil

Azərbaycanı dezinformasiyalarla qaralamaq mümkün deyil


"Azərbaycanı hədəfə gətirmək istəyən şər qüvvələr daim tətikdədir. “İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi” barədə yayılan məlumatlar da həmin şər qüvvələrin məkrli niyyətlərinin təzahürüdür. “İran İnternational”, “The Telegraph” və “Kan” agentliyi kimi dezinformasiyaya meylli KİV-lər və bəzi yutub-“ekspert”lər guya İsrail rəhbərliyinin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə feyk-xəbər yayıblar. Şübhəsiz ki, bu açıq-aşkar dezinformasiyadır".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, bu cür təxribatçı informasiya manipulyasiyasını həyata keçirən qüvvələrin məqsədi İran və İsrail arasındakı müharibə ehtimalı ərəfəsində Azərbaycan Respublikasını hədəf göstərib diqqətləri ölkəmizə yönləndirmək, bununla da İran-Azərbaycan münasibətlərində növbəti gərginlik dalğasına nail olmaqdır:

"Lakin bu cür sərsəm dezinformasiyanı yayanlar əslində özləri də yaxşı bilirlər ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Ermənistandan fərqli olaraq Azərbaycan ayrı-ayrı dövlətlərlə hərbi sahədə əməkdaşlığı kifayət qədər açıq şəkildə aparır.

Rəsmi Bakının hərbi əməkdaşlıq siyasəti şəffafdır. Ona görə də Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingentinin mövcud olmadığını istənilən yerli və ya xarici media resursu birbaşa monitorinq aparıb təsdiqləyə bilər. Biz Ermənistan kimi qaçaqmalçı, saxtakar ölkə deyilik ki, peşəkar xarici hərbçiləri və jandarmları “mülki müşahidəçi” adı altında kamuflyaj edək və öz ərazilərimizdə yerləşdirək. Söhbət Ermənistanda yerləşdirilən Avropa İttifaqının (Aİ) və Kanadanın hərbçilərinin, polislərinin Aİ-nin Mülki Müşahidə Missiyasının üzvləri kimi təqdim edilməsindən gedir".

Komitə sədri deyib ki, Ermənistandan fərqli olaraq Azərbaycan bu cür kirli oyunlarla məşğul olmur:

"Ona görə də erməni lobbisinin və Qərbin anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı yalan məlumatlar yayıb informasiya manipulyasiyalarına yol vermələri sadəcə ikrah doğurur. Bu qüvvələrin maraqlarına xidmət edən “İran İnternational”, “The Telegraph” kimi media-resurslar isə bu cür yalan məlumatları yaymaqla özləri haqqında feyk-xəbər mediası imicini formalaşdırırlar. Onların dezinformasiyalarına heç kim inanmır. Azərbaycanı dezinformasiyalarla qaralamaq mümkün deyil".

Süleyman
Xəbəri paylaş