Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əməkdaşlığı

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əməkdaşlığı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün xarici səfərləri bir qayda olaraq geniş təhlil və müzakirə olunur. Bu mənada dövlət başçısının bu günlərdə baş tutan Qazaxıstan səfəri də diqqət mərkəzindədir.

Newscenter.az-ın xəbərinə görə, YAP üzvü Rüstəm Nağıyev deyib ki, bu son iki ildə cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Onun sözlərinə görə, həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezdientləri ölkəmizə ümumilikdə 15 dəfə səfər ediblər:

"Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək".

Anar Əliyev
Xəbəri paylaş