Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir

Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir


Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 102 saylı Şəmkir şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasını davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi kampaniya çərçivəsində növbəti görüşünü Yeni Göyçə kəndində dağ kəndlərinin seçiciləri ilə keçirib.

Newscenter.az yap.org.az-a istinadən bildirir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın seçki platforması haqqında tədbir iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən deputatlığa namizəd Sahibə Qafarova seçkilərin əhəmiyyəti, ölkəmizin gələcək inkişafında rolu barədə fikirlərini bölüşüb. O, Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını xatırladaraq qeyd edib ki, 44 günlük Vətən Müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra bölgədə yeni reallıqlar yaranıb. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin bütöv ərazisində ilk parlament seçkiləri olacaq.

Yeni Azərbaycan Partiyasının namizədi ölkəmizin regionlarında sosial-iqtisadi inkişaf istiqamətində görülən tədbirlər haqqında danışaraq vurğulayıb ki, bu sahə dövlətin daim diqqət mərkəzində olan prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə bu gün ölkənin hər bir bölgəsində işlər həyata keçirilir. Şəmkir rayonunda bu istiqamətdə görülən işlər şəhər infrastrukturunun inkişafına və müasirləşməsinə, həmçinin vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. “Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir”,- deyə vurğulanıb.

Sahibə Qafarova bütün seçiciləri bu seçkilərdə fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Aşağı Çaykənd sakini Bayram Əliyev, Yuxarı Çaykənd sakini Gülhəyat Əliyeva və digər seçicilər sentyabrın 1-də yüksək fəallıq göstərərək seçkilərdə iştirak edəcəklərini və 102 saylı Şəmkir şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini vurğulayıblar.

Süleyman
Xəbəri paylaş