Son günlər Ermənistanın yenidən müharibəyə hazırlaşması barədə fikirlər səslənir. Hətta sentyabrda müharibə olacağı da bildirilir.
Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfail Eminov deyib ki, uzun müddətdir "Zəngəzur müharibəsi olacaq" və sair xəbərlər sosial mediada və digər media kanallarında yayımlanır:
"Eyni zamanda İran, ABŞ, Fransa və Hindistanın Ermənistana dağıdıcı silahları verdiyi bildirilir. Ermənistan rəhbərliyi, ABŞ, Fransa və Rusiya İrəvanı nə qədər təhrik etsə belə Ermənistan bizimlə açıq döyüşə heç bir zaman girməyəcək. Xalqımızın belə bir deyimi var: "erməni qan gördüsə dalına da baxmaz qaçar". Buna hərkəs əmin olsun".
Anar Əliyev