"Ermənistan nə qədər silahlansa da, lakin Azərbaycanla müharibə etmək gücündə deyil. Çünki 44 günlük müharibə Ermənistanda ciddi şəkildə qorxu yaradıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, nə Birləşmiş Ştatlar, nə Fransa, nə də Hindistan Ermənistanın yerinə döyüşəsi deyil:
"Sadəcə adıçəkilən ölkələr Ermənistanı silahlandırmaqla regionda gərginlik yaratmaq, yeni bir qarşıdurmaya rəvac vermək istəyirlər".
Politoloq qeyd edib ki, bütün halda Azərbaycan tərəfi adekvat tədbirlər görməli, Ermənistanın silahlanmasına qarşı lazımi addımlar atmalıdır.
Anar Əliyev