"İranda "Həmas" lideri İsmayıl Haniyənin İsrail tərəfindən sui-qəsd nəticəsində öldürülməsi Tehranın suverenliyi və təhlükəsizliyini təhdid edərək, kəşfiyyat sistemində agentura şəbəkəsinin olduğunu üzə çıxardı. Baş verən sui-qəsddən sonra İran tərəfi İsrailə qarşı qisas əməliyyatı keçirəcəyini qeyd edir. Amma, qisasın uyğun vaxtda ediləcəyi vurğulanır.
Artıq, ABŞ İrana xəbərdarlıq edərək, belə bir əməliyyatə gətməmək mesajını verib. Böyük Britaniya, Fransa və Almaniya üçtərəfli bəyanat verərək İranı İsrailə qarşı mümkün hücumdan çəkinməyə çağırdı. Təbii ki, İran bu xəbərdarlığı gözardı edə bilməz. Əgər, eskalasiya gedərsə, Tehran ağır bədəllər ödəyəcəyini hesablamamış deyil".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, ona görə də İran tərəfi İsrail məsələsini tam bir başqa müstəviyə keçirərək hədəfdən yayınır:
"Tehran ənənəvi ritorikasıni işə salaraq öz mətbuatinda Azərbaycanda İsrail "bazasını" vurmaq fikirlərini səsləndirir. Qeyd edim ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur. Belə bir hərbi bazanın olmamasını Tehran da çox yaxşı bilir. Azərbaycanı vurarıq kimi beyanatları ilə, sadəcə, hədəfdən yayınmağa və manipulyasiya edərək zədələnmiş 'imicini" sığortalamağa çalışır. Zəngilanda Camış fermasını İsrail bazası görən İran hakimiyyəti, İsrail və ABŞ-dan çəkindiyinə görə birbaşa geniş şəkildə zərbələrə getmir. Əvəzində isə, Zəngəzur məsələsini və Camış fermasını gündəmə gətirir".
Süleyman