Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsib Məhəməliyev Qullar kəndinin seçiciləri ilə görüşüb

Nəsib Məhəməliyev Qullar kəndinin seçiciləri ilə görüşüb


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Qullar kəndinin seçiciləri ilə görüş keçirdi.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev onu da bildirdi ki,YAP-ın Balakən üzrə namizədi Nəsib müəllimi geniş surətdə tanıtmağa zərurət,bir elə ehtiyac da yoxdur.Çünki Nəsib müəllim istər daha öncəki illərdə çalışdığı həm Balakəndə,həm də Bakı şəhəri Nəsimi rayonundakı İcra Hakimiyyəti Başçısı vəzifələrində,istərsə də iki dönəm millək vəkilliyində özünü göstərmiş,işiylə,xidmətiylə tanıtmış və təsdiqləmiş insandır.Nəsib müəllim parlamentdəki deputatlar arasında istər parlamentdəki fəaliyyəti,istər seçiciləriylə münasibəti,seçiciləriylə ən çox görüşən,verdiyi sözü tutan,istərsə də media ilə fəal işləyə bilən reytingi ən yüksək olan deputatlar sıralamasında ilk onluqdadır.

Təşviqat qrupunun üzü Sabir Qardaşov,kənd ağsaqqalı Nemət dayı,kənd sakini gənc şair Rəşad Balakənli öz çıxışlarında 1 sentyabrda YAP-ın namızədinə səs verəcəklərini bildirərək,kənd sakinləri olan seçiciləri seçki günündə fəal olmağa,məntəqələrə gələrək seçdiyi namizədə səs verməyə dəvət etdilər.

Sonda çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verdi. O, Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazanaraq şərəfli və zəngin inkişaf yolu keçdiyini, istədiyi namizədi qalib edə biləcək güclü siyasi partiya olduğunu bildirdi.Bundan sonra da öz fəaliyyətində xalqın mənafeyini əsas götürəcəyini,dövlətçiliyə xidmət edəcəyini,cənab Prezidentin Azərbaycanın naminə siyasətini daim dəstəkləyəcəyini bildirdi.Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırdı.



Süleyman
Xəbəri paylaş