Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə artan gərginlik

Yaxın Şərqdə artan gərginlik


Yaxın Şərqdə gərginliyin getdikcə artması təkcə o coğrafiya deyil, eyni zamanda Cənubi Qafqaz üçün də yaxşı heç nə vəd etmir. Hər halda siyasi ekspertlər belə hesab edir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, İran prezidenti də dolayısıyla bunu bildirib:

“Yaxın Şərqdə artan gərginlik Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcək” dedikdə məhz buna bənzər informasiya müharibəsini nəzərdə tuturduq. İran Prezidenti İsrailin yaxın qonşularda mövqelərinə zərbə endirməyi təklif edərkən, Azərbaycanın adı çəkilib, yəni İsrailin ölkəmizdəki səfirliyinə qarşı həmlə nəzərdə tutulub. Tehran belə bir planı həyata keçirmək istəyərsə, bu avtomatik Azərbaycan-İran münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Azərbaycan başqa dövlətlərin mübarizə və müharibə meydanı deyil".

Politoloq deyib ki, bu mövzu ətrafında müzakirələr davam edərkən İsrailin “Kan” dövlət teleradio şirkəti İsrail ordusunun İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etməsini xəbərini yayıb:

"Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal ölkəyə qayıtmağa borcludurlar. Bu da təxribatdır. Azərbaycanda İsrailə məxsus hərbi birlik və ya hərbçilər yoxdur. İsrailin dövlət televiziyası bu təxribatçı xəbərlə İrandakı anti-Azərbaycan mövqeyində dayanan mühafizəkar dairələrin və SEPAH generallarının əlinə oynayıb. Çünki məhz onlar illərdir İsrailin Azərbaycanda hərbi varlığı haqqında əfsanələr yayırlar. İndi də deyəcəklər ki, “gördünüz bunu İsrail də təsdiq edib”. Yaxın Şərqdəki gərginlikdə və İran-İsrail qarşıdurmasında tərəf olmasaq da, bizi alovun içinə atmaq istəyirlər. Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyin əhəmiyyəti bir daha görsənir".

Anar Əliyev
Xəbəri paylaş