"Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Anar Məmmədov deyib . O bildirb ki, onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur:
"Son illər Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə hərbi, iqtisadi, enerji və rəqəmsal sahələrdəki əməkdaşlığımızın perspektivləri xüsusi əhəmiyyət daşıyır. Müdafiə sahəsində, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil alması və birgə hərbi təlimlərin keçirilməsi əməkdaşlığın dərinliyini göstərir".
Anar Əliyev