Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər



"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazaxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın mənafeyinə xidmət edəcəkdir".

Newscenter.az xəbər verir ki, bunu fəal gənc, YAP üzvü Pərvanə Verdiyeva deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqust ayının 9-da Astanada keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respualikasının Dövlət Başçılarının növbəti görüşündə fəxri qonaq qismində iştirakı ölkələrimiz arasında münasibətlərin növbəti, daha yüksək mərhələyə keçidinin, regional əməkdaşlığın yeni formatının daha bir nümayişidir:

"Məlumdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri qırılmaz tellərlə bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir".

Anar Əliyev
Xəbəri paylaş