Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlığa namizəd Susana Məmmədovanın seçicilərlə görüşləri davam edir

Deputatlığa namizəd Susana Məmmədovanın seçicilərlə görüşləri davam edir


Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Newscenter.az xəbər verir ki, deputatlığa namizədin növbəti görüşü Kürkənd kəndi Neftçala Peşə Məktəbinin tədris korpusunun ərazisində olub. Susana Məmmədova seçicilərini salamlayaraq onlara platforması barədə ətraflı məlumat verib. Bildirib ki, deputat seçiləcəyi təqdirdə bütün istiqamətlər üzrə mövcud olan problemlərin aradan qaldırılmasına çalışacaq, lazımı addımlar atacaq.

"İstər şəhərdə, istərsə də kəndlərdə təhsil alan və xüsusi bacarığı, istedadı, qabiliyyəti olan şagirdlərin üzə çıxarılması, onların daha da həvəsləndirilməsi məqsədilə Şəhər İcra Hakimiyyəti, həmçinin müvafiq dövlət qurumları ilə birgə tədbirlər, layihələrin keçirilməsi millət vəkili kimi fəaliyyətimin əsas istiqamətlərindən olacaq.

Səhiyyə sahəsində də müəyyən planlarımız var. Belə ki. rayon mərkəzindən kənar kəndlərdə səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına ciddi ehtiyac var. Bu gün kəndlərdə tibb məntəqələri mövcud olsa da, lakin onların fəaliyyəti qaneedici səviyyədə deyil. Həmin tibb məntəqələrinin işinin daha səmərəli təşkili, onların lazımı tibbi avadanlıqlar, dərman pereparatları ilə təchiz edilməsi müvafiq dövlət qurumları ilə korrdinasiyalı iş nəticəsində mümkün olacaq.

Hər bir millətin gələcəyi onun sağlam ruhda böyüyən gənclərindən asılıdır prinsipindən çıxış edərək gənclərin idmanla daha çox məşğul olması üçün müəyyən tədbilrərin həyata keçirilməsi platformamızda yer alan əsas məsələlərdəndir. Şəhər mərkəzində fəaliyyət göstərən idman zalları, kompleksləri ilə yanaşı, açıq hava şəraitində də gənclərimizin idmanla məşğul olması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Gənclərin asudə vaxtının səmərəli təşkili, onların pis vərdişlərdən uzaqlaşdırılması istiqamətində aidiyyati qurumlarla əlaqəli şəkildə tədbirlər həyata keçiriləcək. Xüsuislə, gənclər arasında işsizlik probleminin aradan qaldırılması məqsədilə iş adamları, sahibkarlarla müvafiq addımların atılması nəzərdə tutulur".

Susana Məmmədova deyib ki, millət vəkili kimi əsas diqqət yetirəcəyi məsələlərdən biri də Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinə xüsusi həsasslıqla yanaşmaq, onların bu və ya digər problemlərinə dəstək olmaq olacaq:

"Eyni zamanda Neftçalada fəaliyyət göstərən idarə və müəssisələrdə, istehsal müəssisələrində fiziki qüsurlu şəxslərə uyğun işlərin müəyyən edilməsi, onların zehni və ya yüngül əmək sərf edən işlərə cəlb edilməsi diqqət mərkəzində olacaq.

Etiraf etmək lazımdır ki, hələ də şəhərin müəyyən yaşayış massivləri, küçə və prospektləri quruculuq-abadlıq işlərindən kənarda qalıb. Seçicilərimizin müraciəti və əlaqəli qurumlarla birgə iş nəticəsində həmin ərazilərdə də abadlıq işlərinin aparılması həyata keçiriləcək.
Rayon mərkəzində yaşlı və ahıl insanların asudə vaxtının səmərəli təşkili, onların mədəni şəkildə istirahəti üçün uyğun bir məkan yoxdur. Deputat seçiləcəyim təqdirdə müvafiq qurumların qarşısında məsələ qaldırmaqla rayonumuzun yaşlı, ahıl sakinləri üçün istirahət parkının salınmasını həyata keçirməyə çalışacam".

Sonra deputatlığa namizəd seçiciləri narahat edən məsələləri dinləyib, onların qayğıları ilə maraqlanıb. Susana Məmmədovanın seçicilərlə görüşləri davam edir. Deputatlığa namizədin növbəti görüşü avqustun 15-də Xıllı qəsəbəsində, "Melioservis" ASC-nin qarşısındakı ərazidə olacaq.

Anar Əliyev
Xəbəri paylaş