Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əzəmətli Rusiya ordusu heç cür istəniləni edə bilmədi

Əzəmətli Rusiya ordusu heç cür istəniləni edə  bilmədi


"Ukrayna ordusunun Kurskda, Rusiya torpaqlarında irəliləməsi və bu irəliləyiş zamanı onlarla rus hərbçisini əsir götürməsi çoxdandır izlədiyim hərbi münaqişələr və konfliktlər haqqında məndə bir daha qəti bir fikir formalaşdırdı. "Müharibələr fərziyyələr əsasında qazanılmır".

Rusiya silahlı qüvvələri inventar baxımından həqiqətən dünyanın ikinci güclü ordusu idi. Çoxlu sayda quru texnikası ilə yanaşı ondan heç də geri qalmayan hava və dəniz gücünə sahib idi. Lakin Ukrayna ilə savaş Rusiya kontekstindən bu zamana qədər hər döngədə edilən səhvlərin toplumun ortaya qoydu".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O deyib ki, əzəmətli Rusiya ordusu heç cür istəniləni edə bilmədi:

"Bunun səbəbləri var əlbəttə. İlk əvvəl onu qeyd edim ki, Kreml rəhbərliyi istər SSRİ vaxtında, istər indiki vaxtda orduda idarəetmə baxımından güclü kadrların olmasında maraqlı olmayıb. Siyasi elita bunu bütün dövrlərdə hakimiyyətləri üçün təhdid hesab edib. Eyni ilə günümüz İranda olduğu kimi.

İkinci məqam rüşvətin ordunun bütün təbəqələrinə nüfuz etməsidir. Bəzi rəqəmlər gözləniləndən çox şişirdilmiş formada ölkə rəhbərliyi və xalqa təqdim olunub".

AVP rəsmisi deyib ki, digər bir nüans isə dəyişilməyən ənənəvi hərbi doktrinadır:

"Rus ordusunun döyüş metodikası ikinci dünya müharibəsi təcrübəsinə dayanır. Bunlar Rusiya ordusunun real mənzərəsinin bir hissəsidir. Ancaq qeyd etdiklərim təkcə şimal qonşumuz üçün keçərli deyil. Dünya ordularının, xüsusilə ilk onluqda qərarlaşan güclərin də müdafiəsində bu cür oxşar boşluqlar mövcuddur. Yəni, Rusiya kağız üzərində güclü olub, reallıqda o qədər deyilsə, eyniylə ABŞ, Fransa, Britaniya və s, kimi dövlətlərdə də müəyyən axsamalar mövcuddur".

Süleyman
Xəbəri paylaş