Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT-nin amorf qrum olduğu aydın oldu

KTMT-nin amorf qrum olduğu aydın oldu


"Ukrayna Rusiyaya assimetrik cavab verir. Rusiyanin Kursk vilayətinin böyük hissəsi Ukrayna tərəfindən zəbt edilib. Faktiki olaraq Ukrayna tərəfindən Rusiya əraziləri hücuma məruz qalıb. Rusiyanın yaratdığı və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu hücuma cavab verməli idi. KTMT nizamnaməsində üzv ölkə hücuma məruz qalarsa, digər üzv ölkələr onu müdafiə etməli idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, KTMT hərəkətə keçmir:

"KTMT üzvü olan Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan və Qırğızıstan susqunluq nümayiş etdirir. Artıq KTMT işlək bir qrum olmadığı birdaha ortaya çıxdı. Qərb kifayət qədər Rusiya qarşı koalisiya formalaşdırıb. NATO Ukraynaya dəstək verir. Qərbin ciddi şəkildə bu hücumda Ukraynaya siyasi dəstək verdiyi ortadadır. Demek olar ki, Ukraynaynın Rusiya ərazisinə girməsi ilə KTMT-nin amorf qrum olduğu aydın oldu. Heç bir üzv ölkə Rusiyanin Ukraynaya qarşı işğalçı müharibəsindən məmnun deyil. Məhz Rusiyaya buna görə hərbi dəstək vermir. Hətta V. Putinin dostu A. Lukaşenkoda yaxasını kənara tutub".

Politoloq deyib ki, proseslərdə Qərb koalisiyası qalib gələcək:

"Rusiya və Çinin Qərbə qarşı formalaşdırdığı Şanxay Əməkdaşlıq Təşkilatı və Briks kimi təşkilatların gələcəyi sual altındadır. Çünki bu təşkilatlar beynəlxalq hüquqa, heç özlərinin qəbul etdiyi nizamnaməyə hörmət etmirlər. Yəni Qlobal cənub, Şanxay Əməkdaşlıq Təşkilatı və Briks kimi təşkilatlarda amorf qurumlardır".

Süleyman
Xəbəri paylaş