Türkiyədə 23 vilayətin polis rəisi dəyişdirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Təhlükəsizlik Baş İdarəsi, Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı ilə bağlı təyinatlar Rəsmi Qəzetdə dərc olunub. Fərmanla 23 vilayətin polis rəisləri dəyişdirilib.
Eyni zamanda, 13 universitetə rektor təyin edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc edilən fərmana əsasən, Bursa valisi polis rəisi Erol Ayyıldız, yerinə isə Bursa valisi Mahmud Dəmirtaş təyin olunub.
Jandarma Baş Komandanı, general Arif Çətin sentyabrın 1-dən qüvvəyə minən yaş məhdudiyyətinə görə təqaüdə göndərilib və onun yerinə general Əli Çardakçı təyin edilib.
Anar Əliyev