Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlığa namizəd Susana Məmmədova seçicilərlə daha bir görüş keçirdi

Deputatlığa namizəd Susana Məmmədova seçicilərlə daha bir görüş keçirdi


1 sentyabr, 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş deputatlığa namizəd Susana Məmmədovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Newscenter.az xəbər verir ki, Susana Məmmədovanın növbəti görüşü təbliğat görüşləri üçün ayrılmış müvafiq yerlərə uyğun olaraq rayonun Xıllı qəsəbəsindəki "Melioservis" ASC-nin həyətində baş tutub.

Deputatlığa namizəd seçki platforması barədə seçicilərə məlumat verib və millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. Susana Məmmədova deyib ki, Neftçalada işsizlik ən ciddi problemlərdən biridir və gənclər işsizlikdən ciddi əziyyət çəkirlər. O deputat seçiləcəyi təqdirdə müvafiq qurumlarla birlikdə gənclərin işsizlik probleminin aradan qaldırılması istiqamətində zəruri addımlar atacağını deyib.

Səhiyyə xidmətlərinin də aşağı səviyyədə olduğunu deyən deputatlığa namizəd seçki platformasında bu sahənin də diqqətə alındığını və müəyyən tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Görüşdə qəsəbə sakinləri yolların bərbad vəziyyətdə olması, uşaq evinin tikilməsinin zəruriliyi, su problemi və s.-dən şikayətləniblər.

Sonda Susana Məmmədova seçiciləri sentyabrın 1-də fəal olmağa və seçki məntəqələrinə gedərək səsvermədə aktiv iştirak etməyə çağırıb.

Deputatlığa namizədin təbliğat görüşləri davam edir.



Anar Əliyev
Xəbəri paylaş