Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremlin yalnış ssenarisi

Kremlin yalnış ssenarisi


İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin savaşın başladığı ilk ayda başa çatacağı rusiyalı hərbi və siyasi ekspertlər, rəsmilər tərəfindən proqnoz edilsə də, lakin proqnozlar özünü doğrultmadı. Buna səbəb kimi bir sıra amillər göstərilir.


Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verməmişdən öncə köməkçilərinə, müşavirlərinə və nazirlərinə mümkün ssenarilər barədə hesabat hazırlamaq tapşırığı verməyib:

"Müharibənin uzanacağı halda bunun Rusiya üçün hansı fəsadlar yaradacağı proqnozlaşdırılmayıb. Kremlin yeganə yanlış ssenarisi o olub ki, bir həftəyə qoşunlar Kiyevə daxil olacaq və Ukraynada Moskvaya tabe olacaq hakimiyyət qurulacaq".

Onun sözlərinə görə, Kremli 2008-ci ildə bir neçə günün içərisində Gürcüstan müharibəsində qazandığı uğur və 2014-cü ildə bir güllə atmadan Krımın ilhaqı kefləndirib:

"Elə biliblər ki, Ukraynanın qalan hissəsini də asanlıqla özlərinə tabe etdirəcəklər. İlişiblər və Kremlin indiki ağır vəziyyətdən neçə cıxacağına dair aydın təsəvvürü yoxdur".

Anar Əliyev
Xəbəri paylaş