2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Mahamalar kəndinin seçiciləri ilə görüş keçirdi.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev onu da bildirdi ki,əvvəllər Mahamalar kəndi 111 saylı Zaqatala-Balakən dairəsindən seçirdi millət vəkilini.İndi isə 110 saylı Balakən dairəsindən seçəcəklər millət vəkilini.Mahamalar sakinləri də Nəsib müəllimi gördüklərində sevindilər.Gözlərdəki inam,ümid işığını sezməmək,üzlərdəki təbəssümü görməmək mümkün deyildi.Ən azından ona əmindirlər ki,seçəcəkləri millət vəkili əlçatandır,Balakənə bağlı namizəddir..
Çıxışçılardan təşviqat qrupunun üzvü Cavanşir İsmayılov,kənd sakinlərindən Zümrüd Dibirova,Zübeyd Zralov sakinləri seçkidə fəal olmağa,səs verərək öz namizədlərinə dəstək olmağa çağırdı.
Sonda sözə başlayan Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev öz platformasından, namizədliyini irəli sürən partiyanın (YAP) ölkənin ictimai-siyasi həyatındakı rolu və əhəmiyyətindən,partiyan sədri cənab İlham Əliyevin Azərbaycanı, ətrafımızda və dünyada dönən,baş verən siyasi,hərbi fəlakətlərdən,iqtisadi burulğanlardan kənarda tutmağa çalışmasından,gördüyü işlərdən danışaraq vətəndaşların seçki prosesində iştirakı,istədikləri namizədə səs verərək ölkə üzrə əhəmiyyətli bir işi uğurla başa çatdırmaqla, ictimaiyyətin cənab Prezidentin siyasətinə dəstək vermiş olacaqlarını bildirdi..
Mahamalar sakinlərinin sevincinin səbəblərindən biri bu idi ki,Nəsib müəllim onların tanıdığı,inandığı güvəndiyi,işinə,fəaliyyətinə bələq olduqları bir insan olduğundan kəndin bir çox məsələlərinin həll olacağına artıq indidən əmin idilər..
Süleyman