Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişinin imzalanmasından 14 il keçir.
Newscenter.az xatırladır ki, sözügedən saziş 2010-cu il, avqust ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin sabiq prezidenti Abdullah Gül tərəfindən imzalanıb.
Müqavilənin şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hərbi hücum olarsa, qarşı tərəf bütün imkanlarını istifadə edərək hücuma uğrayan ölkəni dəstəkləyəcək.
Razılaşma 23 maddə və beş hissədən ibarətdir.
Qeyd edək ki, saziş 21 dekabr 2010 tarixində Azərbaycan Milli Məclisi, 2 Fevral 2011 tarixində də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.
Süleyman