Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdmançılarımız Olimpiya Oyunlarında növbəti dəfə ölkəmizi layiqincə təmsil etdilər

İdmançılarımız Olimpiya Oyunlarında növbəti dəfə ölkəmizi layiqincə təmsil etdilər


"Azərbaycan idmançıları Paris Yay Olimpiya Oyunlarında növbəti dəfə ölkəmizi layiqincə təmsil etdilər. Əldə edilən nəticələr ölkənin ali rəhbərliyi, cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan budəfəki olimpiya oyunlarında iştirak edən ölkələr arasında 30-cu yeri tutub. Bu, müstəqil Azərbaycanın Olimpiya Oyunlarında əldə etdiyi ən yaxşı göstərici hesab edilir".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Zaur Mehdiyev deyib.


"Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".
Xəbəri paylaş