Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan güclü idman dövlətidir

Azərbaycan güclü idman dövlətidir


"Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoymuşdur".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapmışdır:

"Azərbaycan idman ölkəsi olaraq, cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu və tədbirlərin reallaşmasında, həmçinin, bu sahədə ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olmuşdur.Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir".

Anar Əliyev
Xəbəri paylaş