Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regionun lider dövlətinə çevrilib

Azərbaycan regionun lider dövlətinə çevrilib


"Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilib".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Aybəniz Əsgərova deyib. O bildirib ki, dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib:

"Bütün bunlar, əlbəttə ki, dövlətin imicini yüksəldir, dünya ictimaiyyətinin gözündə daha cəlbedici və nüfuzlu edir. Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırıb".

Hakim partiya üzvü bildirib ki, idman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub:

"İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər.Bu mənada Azərbaycanda beynəlxalq yarışların keçirilməsi həm ölkənin potensialından xəbər verir, həm də beynəlxalq federasiyaların ona inamını əks etdirir".

Anar Əliyev
Xəbəri paylaş