"Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyətə malik səfər idi. Bu səfər həm Bakı, həm də Moskva üçün olduqca vacib, əhəmiyyətlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, bu səfər Rusiya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına təkan verəcək, yeni əməkdaşlıq imkanlarına yol açacaq:
"Bakı ilə Moskva arasında yüksək səviyyəli strateji əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın inkişafına bir neçə il əvvəl imzalanmış müttəfiqlik sazişi xüsusi rəng qatıb. Hesab edirəm ki, Putinin Bakı səfəri zamanı imzalanan sənədlər Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni bir mərhələ olacaq".
Arzuman Muradlı deyib ki, Rusiya Cənubi Qafqaz regionunda Azərbaycana əsas müttəfiq, strateji tərəfdaş kimi baxır:
"Təsadüfi deyil ki, elə Rusiya prezidenti Vladimir Putin də Bakıda olarkən bunu açıq şəkildə ifadə etdi".
Süleyman