Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək

Rusiya ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək


"Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri, aparılan müzakirələr və imzalanan sənədlər göstərdi ki, hər iki ölkə başçısının mətbuata bəyanatlarla çıxış etməsi Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasının nümunələrindən biri hesab edilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Rüstəm Nağıyev səsləndirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlər, Rusiya ilə iqtisadi-ticari, eləcə də hunanitar sahədə əməkdaşlıq, həmçinin regional təhükəsizliyə və ekoloji problemlərə dair birgə müzakirələr göstərir ki, bundan sonra da münasibətlər yüksələn xətt üzrə inkişaf edəcəkdir:

"Hazırda iki ölkə iqtisadi, siyasi, mədəni sahələrdə sıx əlaqələrə malikdir. İldən-ilə ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər iki ölkənin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük marağı var".

Anar Əliyev
Xəbəri paylaş