Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya prezidentinin səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək

Rusiya prezidentinin səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək




"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək".

Newscenter.az xəbər verir ki, bunu politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, səfər çərçivəsində imzalanan sənədlər Rusiya və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına zəmin yaradacaq. Bakı ilə Moskva arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu deyən Elvin Babayev qeyd edib ki, Rusiya Azərbaycana Cənubi Qafqazda strateji müttəfiq kimi baxır:

"Bir neçə il əvvəl iki ölkə arasında imzalanmış müttəfiqlik sazişində bu öz əksini tapıb. Hesab edirəm ki, Rusiya prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrdə yeni bir mərhələnin əsasını qoyacaq".
Xəbəri paylaş