" Rusiya-Azərbaycan münasibətlərinin yeni dövrü başlayır. Bu yeni dövr Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonraya təsadüf edir".
Newscenter.az xəbər verir ki, bu barədə "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada qeyd edilir ki, Vladimir Putinin Azərbaycana səfəri zamanı müxtəlif sahələrdə imzalanan sənədlər Moskva ilə Bakı arasında əlaqələrin inkişafına yeni təkan verəcək:
"Azərbaycanla Rusiya arasında münasibətlər iki ölkə arasında imzalanmış müttəfiqlik sazişinə əsaslanır. Həmin saziş əsasında iki ölkə arasında əlaqələr daha da güclənib və daha da dərinləşib".
Analitik Qrupdan o da qeyd edilib ki, Rusiya Azərbaycana Cənubi Qafqazda strateji müttəfiq kimi baxır.
Mehman Mehdiyev