1 sentyabr, 2024-cü il tarixdə ölkədə keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunda seçicilərlə fərdi görüşlər də keçirir, onların problem və qayğıları ilə maraqlanır.
Newscenter.az xəbər verir ki, deputatlığa namizəd Neftçala rayonunun Qırmızıkənd kəndində olub, kənd sakinləri ilə görüşüb.
Susana Məmmədova Qırmızıkənd sakinlərini dinləyərək onların problemlərini öyrənib, kənddə hansı problmelərin olması ilə maraqlanıb. Kənd sakinləri əsasən elektrik enerjisinin verilməsində yaşanan problemlər, yolların bərbad vəziyyətdə olması və işsizlikdən şikayətləniblər.
Susana Məmmədova kənd sakinlərinin qaldırdıqları məsələləri qeydə alıb və deputat seçiləcəyi təqdirdə hər bir məsələyə xüsusi həssaslıqla yanaşıb, onların həllinə köməklik göstərəcəyinə söz verib. O, Neftçalanın inkişafı, xoş gələcəyi naminə hər bir seçicini 1 sentyabr tarixində fəal olmağa, öz vətəndaşlıq borcunu yerinə yetirib seçkilərdə iştirak etməyə çağırıb.
Anar Əliyev