Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elçibəyin anım günüdür

Elçibəyin anım günüdür


Müstəqil Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin anım günüdür.

Newscenter.az xatırladır ki, Əbülfəz Qədirqulu oğlu Əliyev 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.

Əbülfəz Elçibəyin prezidentliyi dövründə, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.

Əbülfəz Elçibəy 22 avqust, 2000-ci ildə Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişir.

Anar Əliyev
Xəbəri paylaş