"Azərbaycan bütün dost və qardaş ölkələr kimi Türk dünyası ilə də yüksək səviyyəli əməkdaşlıq qurur, bu coğrafyanın hər bir dövləti ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir. Bu baxımdan Özbəkistan ilə əlaqələr də xüsusi əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərini şərh edərkən səsləndirib.
Arzuman Muradlı qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər Bakı ilə Daşkənd arasında münasibətlərdə yeni bir mərhələnin əsasını qoyacaq:
"Azərbaycan liderinin də qeyd etdiyi kimi bununla iki ölkə rəsmən müttəfiq olur. Hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında mövcud olan əlaqələr və bu əlaqələrin gündən-günə inkişafı digər türk respublikaları üçün də bir örnək olacaq".
İctimai Birlik sədri deyib ki, son illər Azərbaycan türk dünyasının bir növ lokomotivi rolunu oynayır.
Süleyman