Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mirziyoyev: Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır

Mirziyoyev: Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır


Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır.

Newscenter.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Sizin səylərinizlə qədim Qarabağ torpağı inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur, istehsal obyektləri fəal şəkildə qurulur, iş yerləri açılır, insanları dinc, xoşbəxt həyata qaytarmaq üçün hər şey edilir... Bütün bu insanlar illərdir geri qayıtmağı gözləyiblər. Özbəkistan bu nəcib işdə Azərbaycana bundan sonra da dəstək verməyə hazırdır. Bu gün Qarabağda genişmiqyaslı yenidənqurma işləri aparılır, əgər özbək inşaatçılar üçün hansısa sahə və ya ərazi ayrılsa, biz bu işdə iştirak edəcəyik”, - o qeyd edib.
Xəbəri paylaş