Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi Bakının sülh çağırışlarına isti yanaşmayan Ermənistan

Rəsmi Bakının sülh çağırışlarına isti yanaşmayan Ermənistan


"Pozulan qlobal balans və dövlətlərin tez bir zamanda öz mövqeyini tutmaq cəhdləri Cənubi Qafqaza da təsirlərini göstərməkdədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. O bildirib ki, söhbət Ermənistanın silahlandırılmasından gedirsə, burada Fransa, Hindistan, İranın ön planda qərarlaşmasına baxmayaraq bir müddətdir bu istiqamət üzrə fəallıq nümayiş etdirən daha bir dövlət ABŞ və surpriz bir ad Almaniya prosesdə iştirakçı statusu alıb:

"Rəsmi Bakının sülh çağırışlarına isti yanaşmayan, hələ də ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalan Ermənistan isə süni şəkildə gərginliyi artırmaqda davam edir. Ola bilsin ki, Ermənistan hərbi-siyasi rəhbərliyi bu nüansı göz ardı edir, lakin Ermənistan coğrafi cəhətdən Qərbdən uzaq, baş verəcək hər hansı bir münaqişədə yarı blokada şəraitində döyüşəcək bir ölkədir və hesab edirəm ki, istənilən hərbi münaqişədə bu faktın təsiri böyük olacaq. Ancaq ard-arda gələn silahlanma xəbərləri, ABŞ-ın prosesdə iştirakı fonunda erməni cəmiyyəti və hakimiyyəti revanşist meyllər əhatəsində 4 il bundan əvvəlki məğlubiyyətdən nəticə çıxardan təsiri bağışlamır".

Pərviz Mirizadə qeyd edib ki,İrəvan dəstək alsa da indiki məqamda Vaşinqtonun Ukrayna və Yaxın Şərq cəbhələri ilə paralel tam şəkildə 3-cü bir cəbhəni silahlandırmaq gücü yoxdur:

"Bunu Ermənistana verilən silahların həcmində və istehsal ilində daha aydın müşahidə etmək olur. Ümumiyyətlə, İrəvana verilən hərbi avadanlıqların əksəriyyəti köhnə nəsil silahlardır və onları istehsalçı ölkə ilə yanaşı bir çox mənbədən təmin etmək mümkündür. Nümunə üçün BGM71 TOW-ları göstərmək kifayətdir ki, Yaxın Şərqdə istənilən münaqişədə bu silahlardan geniş istifadə olunub. Yəni, əl çatanlığı yüksəkdir".

Süleyman
Xəbəri paylaş