Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Hər iki dövlət başçısı bu səfərin ölkələrimiz üçün əhəmiyyətindən, imzalanan sənədlərdən və gələcək perspektivlərdən məlumat verdilər. Prezident İlham Əliyevin qeyd etdi ki, bu gün qəbul edilən sənədlər bir daha dostluq və müttəfiqlik xarakterini təsdiqləyir. Hələ 2022-ci ilin fevralında qarşılıqlı müttəfiqlik haqqında imzalanan Bəyannamənin müddəaları uğurla həyata keçirilir.
Rustam Hüseynov,
Gədəbəy “32 Nömrəli Yol İstismarı” MMC – Ərazi partiya təşkilatının sədri