Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib

Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib


Atatürk Mərkəzində Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib.

Newscenter.az xəbər verir ki, qurultaya VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova da Dünya Alpaqut Federasiyasının (DAF) prezidenti olaraq qonaq qismində qatılıb.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Federasiyanın bütün filial və klub rəhbərləri, məşqçilər, hakimlər və idmançıların iştirakı ilə Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyətinin yeni tərkibinin formalaşması və federasiyaya prezident seçkisi baş tutub. Səsverməyə əsasən Rafiq Qasımov, Emil Rəhimov, Vasif Namazov, Fuad Quliyev, Qabil Hüseynov, Kənan Quliyev, Elsəvər Puri, Cəfər Cəfərov İdarə Heyətinin üzvləri, Nizami Ağayev İdarə Heyətinin sədri, Əli Hacıyev Nəzarət Təftiş Komissiyasının sədri seçilib.

Ümumi Yığıncağın səsverməsi nəticəsində Fuad Quliyev yekdilliklə Azərbaycan Alpaqut Federasiyasına yeni prezident seçilib. Fuad Quliyev çıxış edərək alpaqut turan döyüş sənətinin inkişafı üçün bacardığını əsirgəməyəcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Jalə Əhmədova ölkəmizdə idmançılarımız üçün yaradılan şəraiti, cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın idmana olan diqqət və qayğısını xüsusi vurğulayıb. DAF-ın beynəlxalq səviyyədə qazandığı uğurlardan bəhs edən Jalə Əhmədova, habelə Azərbaycan Alpaqut Federasiyasının yeni rəhbərliyinə fəaliyyətində nailiyyətlər və bol şanslar arzulayıb.

"Böyük qürur hissi ilə qeyd edim ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları fəaliyyət göstərir. Federasiyanın IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvü olması isə DAF-ın beynəlxalq səviyyədə uğurlarının göstəricisidir. Bununla yanaşı Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb",-deyə Jalə Əhmədova vurğulayıb.

Süleyman
Xəbəri paylaş