Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadənin 75 illik yubileyidir

Allahşükür Paşazadənin 75 illik yubileyidir


Bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 75 illik yubileyidir.

Newscenter.az xatırladır ki, Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust, 1949-cu ildə Lənkəran rayonunda anadan olub.

O, ilk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub.

Allahşükür Paşazadə 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib.

O, 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

Allahşükür Paşazadə Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri (2003-cü ildən ömürlük), 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.

Allahşükür Paşazadə "Şöhrət" ordeni, Azərbaycan "İstiqlal" ordeni, Azərbaycan "Şərəf" ordeni, Azərbaycan "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", eləcə də bir sıra ölkələrin orden və medallarına layiq görülüb.

Süleyman
Xəbəri paylaş