Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov Türkiyəyə gedir

Ceyhun Bayramov Türkiyəyə gedir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfərə gedir.

Newscenter.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki. səfər qardaş ölkənin XİN rəhbəri Hakan Fidanın dəvəti əsasında baş tutacaq.

İki ölkənin xarici siyasət idarəsi rəhbərlərinin avqustun 27-də baş tutacaq görüşü zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.

Həmçinin, XİN rəhbərləri Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi ətrafında da fikir mübadiləsi aparacaq.

Görüşdə o cümlədən yaxın regionda, xüsusilə də İsrail-Fələstində baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.

Süleyman
Xəbəri paylaş