"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) faktiki Rusiyadan aslı olan bir qurumdur, bu qurumun işləmədiyinin şahidi oluruq".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov Ukrayna tərəfindən ərazisinə hücum edilən Rusiyaya KTMT-nin kömək etməməsinin səbəbindən danışarkən deyib. O bildirib ki, indiki dövrdə bütün məsələlər beynəlxalq hərbi bloklar çərçivəsindən daha çox ölkələr arasında olan əlaqələrə söykənir:
"Rusiyanın ərazisinə müdaxilə fonunda əslində KTMT avtomatik Rusiyaya dəstək olmalı idi, lakin biz bunun əksini görürük, bu hadisə KTMT-nin amorf qurum olduğunu bir daha nümayiş etdirir. Bu gün bu qurum daxilində konsensus mövcud olsa idi biz bunun əksini görərdik. Lakin bununla yanaşı biz Rusiyanın üzv ölkələrə yardım üçün müraciətinin şahidi olmamışıq, böyük ehtimal rəsmi Moskva bu məsələdə qurum daxilində, Rusiyanın ərazisinin müdaxiləsi nəticəsində dəstək olacağına güman etmir".
Süleyman