"Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz verib. Görkəmli tədqiqatçı alım, vətənpərvər və mübariz ziyalı Nəsiman Yaqublunun avtomobil qəzasında faciəli ölümü xəbəri hər birimizi sarsıtdı".
Newscenter.az xəbər verir ki, bu fikirlər AMİP lideri Etibar Məmmədovun başsağlığı mətnində yer alıb. Qeyd edilib ki, Nəsiman Yaqublu elmi fəaliyyəti ilə yanaşı, həm də peşəkar araşdırmaçı jurnalist kimi cağdaş mətbuatımızın inkişafında və ali dəyərlərin təbliğndə xüsusi xidmətlər göstərməkdə idi.
"Nəsiman Yaqublunun ölümündən kədərləndiyimi bildirir, mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verirəm".
Allah rəhmət eləsin.
Süleyman