Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə elə bir sahə yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalsın

Ölkəmizdə elə bir sahə yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalsın


"Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycan qadınının gözəlliyini, daxili dünyasının zənginliyini, mübarizliyini, dünya görüşünü, elmini və mədəniyyətini təcəssüm edən Mehriban xanım Vətəninə və xalqına bağlılığı ilə hər birimizə örnəkdir, nümunədir. Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi saysız-hesabsız layihələr, humanistlik, xeyriyyəçilik fəaliyyəti milyonların qəlbində ümid çırağı yandırıb, onların böyük sevgisini qazanıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Onun sözlərinə görə, ölkəmizdə elə bir sahə yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalsın:

"Onun təhsil,​ idman, mədəniyyət, səhiyyə ​ və s. digər sahələrə​ verdiyi​ mühüm töhfələri, ölkəmizin ictimai-siyasi, mədəni həyatındakı xidmətlərini saymaqla bitməz. Birinci xanımın fəaliyyəti, gördüyü işlər hər bir Azərbaycan vətəndaşına yaxşı məlumdur və bunu, xalq, biz vətəndaşlar çox gözəl bilir, yüksək dəyərləndirir, nəcib əməllərin sahibi və Azərbaycan xanımları üçün nümunə olan Mehriban xanımı çox sevirik".

Jalə Əhmədova, "Dəyərli Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt və uzun ömür, çoxşaxəli fəaliyyətində möhtəşəm uğurlar və zəfər dolu günlər arzulayıram!

Qoy, Mehriban Əliyevanın əməyi, zəhməti və xidmətlərinin bəhrəsi onun ömür yoluna və həyatına daim nur saçsın",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş