Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Övliyalar şəhəri, 3 imperiyanın tarixini yaşadan şəhər

Övliyalar şəhəri, 3 imperiyanın tarixini yaşadan şəhər


Türkiyə turizminin , eləcə də dünya turizminin ən gözəl şəhərlərindən biri Kastamonudur. Sözsüz ki, tək bu şəhər deyil, Türkiyənin bütün ərazisi turizm baxımından gözəldir. Amma Kastamonunu önəmli edən səbəblər var. Bu səbəblərdən biri sözsüz Türkiyənin Kastamonu şəhərinin 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsidir. Məhz bundan sonra Kastamonu bütün türk dünyasının sevimli məkanlarınından, mədəniyyət beşiyindən birinə çevrildi.

Kastamonu Türkiyə Respublikasının Qara dəniz bölgəsində yerləşən Kastamonu vilayətinin mərkəzi şəhəridir. Cəmi 150 min əhalisi olan Kastamonu türk mədəniyyətinin silinməz izlərini özündən əxz etdirən tarixi bir şəhərdir. Məhz bu səbəbdəndir ki,Kastamonu turiztlərin ən çox sevdiyi bölgələrdən biridir.

Bu tarixi şəhər Gökırmakın qolu olan Karaçomak çayı vadisində yerləşir. Şəhər dəniz səviyyəsindən 774 metr yüksəklikdədir.

Övliyalar şəhəri olaraq da bilinən Kastamonu Anadolunun ən qədim şəhərlərindən biridir və burada qədim və türk-islam dövrünə aid çoxlu tarixi abidələr var. Kastamonu qalası, Atabəy məscidi, Şeyh Şaban-ı Vəli türbəsi, Yanık Sultan türbəsi, Nəsrullah məscidi, saat qülləsi və buna bənzər bir çox tarixi abidə var. Kastamonu şəhər mərkəzində Türkiyədə açılan ilk “Şəhər Tarixi Muzeyi” də var.

Kastamonun simvoluna şevrilən Saat Qülləsi, Sultan II. Əbdülhəmid dövründə şəhərin şərqindəki yamacda 1884-1885-ci illər arasında Kastamonu valilərindən Əbdürrəhman Nurəddin Paşa tərəfindən inşa edilmişdir. Qüllənin saatı da Avropadan gətirilib.

Kastamonu adının yaranması ilə bağlı çoxlu mülahizələr var.

Bəzi tarixçilər hesab edir ki, Kastamonu şəhəri adını Xetlər dövründə eyni bölgə üçün istifadə edilən Kastama adından almışdır. Kastama adı zamanla Kastamonuya çevrildi.

Başqa bir fikrə görə, Kastamonu şəhəri adını Qaz və Tumanna sözlərinin birləşməsindən almışdır. Kaşkalar kimi tanınan Qaslar Kastamonuya ilk köçənlərdən biri idi. Tumanna o dövrdə Kastamonuda bir şəhərin bölgənin adı idi. Bu iki sözün birləşməsi zamanla Kastamonu şəklini almışdır.

Qədim tarixə malik bu ərazidə çoxsaylı tarixi abidələrin olduğunu yazımızın əvvəlində qeyd etmişdik. Bu şəhəri həm də sirlər şəhəri adlandırmaq olar. 1947-1948-ci illər arasında Kastamonuda aparılan arxealoji qazıntılar nəticəsində çaxmaq daşından bir alət tapılıb. Alimlərin hesablamalarına görə bu daş Orta Paleolit ​​dövrünə aiddir.

1951-ci ildə aparılan tədqiqatlar nəticəsində Tahta və Mələk kəndləri ətrafında Abevilian (Chelleen), Mikokian (Micoquien) dövrlərinə aid əl baltaları ilə; Musterian (Musterian) və şübhəli şəkildə Üst Paleolit ​​dövrünə aid tarixi tapıntılar əldə edilmişdir.

Tarixçilər hesab edir ki, bu bölgənin tarixi hələ miladdan öncə 3000 minilliyə qədər gedib çıxır. Kastamonunun adı məşhur “İliada”da paflaqoniyalılarında çəkilir. Bəzi hissələr bunlardır:

”…Kişili Pylaimenes Paphlagonians’a əmr edir…”

“…Sonra Aresin ekvivalenti olan Pylaimeni, paflaqonluların başçısı cəsur döyüşçüləri ovladılar…”

(Pylaimenesin oğlu öləndə) “…Böyük ürəkli paflaqonlar onun ətrafına toplaşdılar, onu arabaya mindirdilər, müqəddəs İliona apardılar…”

Bu şəhər həm Roma imperatorluğunun, həm də Bizans imperatorluğunun mərkəzi şəhərlərindən olub.

Kastamonu vilayəti və ətrafı 10-cu əsrdə Bizans imperatoru II. Basileios tərəfindən Trakyalı general Manuel Erotikos Komninosun nəzarətinə verildi. Komnenos 978-ci ildə imperatora qarşı üsyan qaldıran Bardas Sklerosa qarşı Nikea şəhərini müvəffəqiyyətlə müdafiə edərkən imperatorun diqqətini çəkdi. Komnenos sonralar Bizans imperatoru olacaq I İshaqın atasıdır. Onun oğlu tərəfindən qurulan Komnenos sülaləsi Bizans İmperiyasını və Trebizond İmperatorluğunu dağılana qədər idarə etdi.

13-cü əsrə qədər Bizans hakimiyyəti altında qalan Kastamonu, 1227-1309-cu illər arasında Hüsaməddin Çobanın bölgədəki türkmən icmalarını bir araya toplayaraq qurduğu Çobanoğulları Bəyliyinin hakimiyyəti altına keçdi. Hüsaməttin Çobandan sonra oğlu Alp Yörük, daha sonra isə nəvəsi Yavlak Arslan onun yerinə keçdi. Çobanoğlu Yavlak Arslan 1292-ci ildə Anadolu Səlcuqlarının taxt-tac uğrunda mübarizəsində iştirak etdiyi üçün öldürüldü. Onun yerinə oğlu Mahmud bəy keçdi.

Həmin dövrdə Anadoluda hökmranlıq edən Anadolu Səlcuqlu Dövləti İlxanlılarla müharibə aparırdı. Monqollara əsir düşən Səlcuqlu Sultan II. Qıyasəddin Məsudun candarlarından olan komandir Temur Yaman Candar tərəfindən xilas edildi. Bunun üzərinə Sultan Temur Yaman Kastamonu bölgəsini Candara təqdim etdi. Halbuki rayon hələ o zaman Çobanların əlində idi.

Osmanlı sultanı Fatih Sultan Mehmet 1461-ci ildə Anadolu bəyliklərini birləşdirmək üçün Trabzon səfərinə çıxdı. Fatehlə birlikdə səfərə qatılan Kızıl Əhməd Sinopu ​​ələ keçirdi. Fateh Osmanlı İmperatorluğuna sadiq qalmaq və 50.000 dukat vergi ödəmək müqabilində bölgədə dəstəyi olan Kızıl Əhmədi Sinop bəyliyinə təyin etdi.

Trabzon səfəri qayıdarkən Fateh Kastamonu ələ keçirdi və Kızıl Əhmədi Mora valiliyinə təyin etmək istədi. Kızıl Əhməd vəzifəsinə getmədi və əvvəlcə Bolu vasitəsilə Karamanoğlu İbrahim bəyə qaçdı. Osmanlıdan qorxan Karamanoğlu İbrahim onu ​​müdafiə etməyəndə Akqoyunlu Uzun Həsənə sığınır. Osmanlıya qarşı istifadə edə biləcəyini düşünən Uzun Həsən Van gölünün sahilində torpaq verib, onu himayəsinə götürür. Qızıl Əhməd 1464-cü ildə 500-ə yaxın döyüşçü ilə Uzun Həsənin Qaraman yürüşünə qatıldı. II. Bayezidin zamanında bağışlanıb, Bolu sancağı dirlik kimi verilir.

Kastamononun Türkiyə Cümhuriyyəti tarixində önəmli bir şəhər olduğunu qeyd etməliyik.

Qurtuluş savaşında cəbhəyə ən çox əsgər göndərən vilayətdir. Kastamonu Çanaqqala və Qurtuluş savaşlarında ən çox şəhid verən vilayətlərimizdəndir. Vilayət Çanaqqala savaşında 2527 şəhid verib. Məşhur “Çanaqqala türküsü” Kastamonulu sevgilisi Yorgansız Hakkıya məxsusdur.

Kastamonun simvoluna çevrilən daha bir dahi şəxsiyyət, cəsur qadın, döyüşçü Həlimə Kocabıyıqdır.

1919-cu ilin mayın 19-da Samsuna gələn Mustafa Kamal Paşa Anadoluda türk millətini səfərbər etməyə başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə Amasiyadan bütün Anadoluya yayılan müraciətdə deyilirdi: “Vətənin bütövlüyü, millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yenə millətin əzmi və qərarı xilas edəcəkdir…” Bu çağırış artıq vüsət almağa başlayan milli azadlıq hərəkatını daha da alovlandırdı. 1919-cu il iyulun 23-də Atatürkün təşkilatçılığı ilə Türk Milli Qurtuluş Savaşının ilk təməl daşı sayılan Ərzurum konqresi öz işinə başladı.

halima

Bütün türklər vətənin müdafiəsinə qalxdılar. Bu çətin dönəmdə qadınlarda silaha sarılaraq döyüşlərə qatıldılar.

Orduda onun qadın olduğunu heç kim bilmirdi. Döyüşə qatılarkən saçlarını kəsdirib, kişi paltarı geyinən bu cəsur qadın Həlimə Kocabıyıq idi. Ən ağır döyüşlərin iştirakçısı olan Həlimə xanım 1898-ci ildə Kastomuda doğulmuşdu. Ata-anasının təkidlərinə baxmayaraq döyüşə qatılmışdı.

Onun həyatını dəyişən hadisə isə 1920-ci ildə baş verir. Cəbhədə onların hərbi hissəsinə gələn Mustafa Kamal Paşa cəbhəyə daşıdığı güllələri öz həyatından belə çox əhəmiyyət verən bu əsgəri görəndə ona, ” Niyə üzərindəki isti geyimi güllələrin üzərini örtmüsən, sənə soyuq olar əsgər? ” -deyə soruşur.

Həlimə Kocabıyıq ” Mənim üşüməyim problem deyil. Bu bu silah sursat yüzlərlə, bəlkə də minlərlə əsgərimizi qoruyacaq ” deyir.. Bu cavabdan sonra Mustafa Kamal Paşa Həlimə Kocabıyıqın sənədlərini tələb edir. Qarşısındakı əsgərin qadın olduğunu anlayan Mustafa Kamal Paşa yavərinə, Həlimə Kocabıyıq ilə bağlı bütün məlumatları Ankaraya göndərir. Mustafa Kamal başı hamının qarşısında diz çökərək bu qadının əllərindən öpür.

Ən ağır döyüşlərin iştirakçısı olan bu cəsur qadın 9 İyun 1921-ci ildə Yunan döyüş gəmilərinin Kilkisi bombaladığı zaman ağır yaralanır və əlil olur.

Qurtuluş savaşının qəhrəmanı olan bu cəsur qadın Mustafa Kamal Paşa Atatürk tərəfindən Ankaraya çağırılır. Həlimə Kocabıyıq, “İstiqlal Medalı” ilə təltif edilir. Həlimə xanıma həmçinin Çavuş rütbəsi verilir. O 1976-cı ildə doğulduğu Kastomuda vəfat edir.

halima1

Cümhuriyyətin elanından sonra Atatürk 23-31 avqust 1925-ci il tarixləri arasında Kastamonuya 9 günlük bir səfər edir.

Bu gün Türkiyənin mədəni irsinin formalaşmasında önəmli yer tutan Kastamonuda çoxsaylı tarixi, mədəni və dini abidələr. Məhz bu abidələrin sayəsində gözəl təbiətə malik bu şəhərə hər il yüzminlərlə turist səfər edir. Bu yazımızda Kastamonuda olan və mütləq səfər etməli oldduğunuz maraqlı yerlərin siyasını təqdim edirik.

1. Hz. Pir Şeyh Şaban-i Veli Külliyesi


2. Ilıca Şelalesi

3. Nasrullah Camii

4. Kastamonu Müzesi


5. Mimar Vedat Tek Kültür ve Sanat Merkezi

6. Valla Kanyonu Seyir Terasi


7. Kastamonu Kalesi

8. Kastamonu Saat Kulesi

9. Mahmutbey Camii

ulusal.az
Xəbəri paylaş